0
Çalışan Sayısı
0
Beyaz Yakalı
0
Mavi Yakalı
0
Şube

Firma Hakkında

MQS 1998-ci ildə Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət olaraq dövlət qeydiyyatından keçib. MQS Qafqaz Enerji Quraşdırma trestinin qaynaq və sınaq işləri üçün Mərkəzi Əməliyyat Labaratoriyasının bazasında yaradılmışdır. MQS keçmiş Sovet İttifaqının bütün ərazisindəki iri-miqyaslı elektrik stansiyalarının tikintisində fəal iştirak etmişdir.

Hazırda MQS şirkətinin əsas fəaliyyət sahələri Xəzər dənizi regionundakı neft, qaz, neft-kimya və enerji layihələridir. Şirkətin “Müştəri məmnuniyyəti”, “Biznes mükəmməlliyi” strategiyası, müxtəlif tərəfdaşlıqlar və birgə resurs idarə etməsi şirkətin inkişafına imkan verir. Bu siyasətin təşkilinin əsas məqsədi çevik, yüksək keyfiyyətli və xərclər baxımından səmərəli xidmətlər vasitəsilə müştəri gözləntilərini və tələblərini qarşılamaq və onu üstələməkdir.

MQS çevik və müştəri yönümlü bir şirkətdir. Son bir neçə il ərzində MQS neft və qaz sektorunda çalışan bir sıra yerli və Dövlət təşkilatları ilə əlaqələr qurmuş və Qərb şirkətləri üçün vacib layihələr həyata keçirmişdir. Buna nail olmaq üçün MQS Qərb üsullu idarəetmə sistemlərini tətbiq etmiş və beynəlxalq qaydalara və standartlara uyğun fəaliyyət göstərməkdədir. Layihə personalına qoyulan tələblərə əməl etmək üçün şirkətimiz sahələr üzrə səriştəli işçilərin məlumat bazasını yaratmışdır.

Etiketler

İletişim Formu

Sponsor Reklam

Fotoğraflar

Henüz resim yüklenmedi!

Önerilen Firmalar

Sponsor Reklam

Gera Makina

Videolar

Henüz video yüklenmedi!